Bank Of Baku

ASDP-nin həmsədri Azərbaycan kommunistlərini solçu hesab etmir

ASDP-nin həmsədri Azərbaycan kommunistlərini solçu hesab etmir
# 16 noyabr 2007 15:36 (UTC +04:00)
2008-ci ildə keçiriləcək prezident seçkilərində Azərbaycandakı solçuları Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) namizədi təmsil edəcək. Bu barədə APA-ya ASDP həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda yalnız bir solçu partiya var ki, bu da ASDP-dir. Həmsədr kommunistləri solçu hesab etmədiyini vurğulayıb: “Onlar əvvəlcə öz aralarında olan problemləri həll etməli, kimin daha çox kommunist olduğunu müəyyənləşdirməlidirlər. Buna görə də ASDP-nin namizədi ölkədə sol cəbhədə olan bütün vətəndaşları təmsil edəcək. Biz düşünürük ki, ölkə əhalisinin əksəriyyəti solçudur. Amma əhali siyasətlə az maraqlandığından çox vaxt siyasi proseslərdən kənarda qalır. Bizim namizəd ehtiyac içərisində yaşayan insanların namizədi olacaq”. A. Əlizadə bildirib ki, digər partiyalara baxmayaraq, onlar öz namizədlərini müəyyənləşdirməyə tələsmirlər: “Əgər Ayaz Mütəllibov Azərbaycana qayıda bilsə, namizədimiz o olacaq. Qayıda bilməsə, bunu müzakirə edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR