Bank Of Baku

DAK İdarə Heyətinin üzvü: “Cavad Derəxti Nizamnamədən kənar fəaliyyətini davam etdirsə, qurumdan çıxarıla bilər”

DAK İdarə Heyətinin üzvü: “Cavad Derəxti Nizamnamədən kənar fəaliyyətini davam etdirsə, qurumdan çıxarıla bilər”
# 16 noyabr 2007 16:19 (UTC +04:00)
S. Tahir qurumda parçalanmanın qarşısının alınmasının zəruriliyindən də danışıb: “Mən hər iki tərəfin bir yerdə oturmasına çalışacağam. Bu, çox pis haldır”. C. Derəxti isə baş verənlərdə DAK sədri Qulamrza Səbri Təbrizini və onu dəstəkləyənləri ittiham edib: “DAK-ın iyulda keçirilən sonuncu qurultayından sonra protokolla bağlı məsələni dəfələrlə təşkilat rəhbərinə çatdıranda, istehza ilə qarşıladılar. İsveç Vergi Agentliyinin protokolla bağlı tələbnaməsini Sabir Rüstəmxanlıya faksla göndərsəm də, bu məsələyə ciddi yanaşılmadı. Təəssüf edirəm ki, İsveç Vergi Agentliyi noyabrın 8-də qurumun qeydiyyatını ləğv edilməsi ilə bağlı mənim adıma sənəd də göndərib”. O, 2008-ci ilin fevralında İsveçin paytaxtı Stokholmda DAK-ın növbədənkənar birlik qurultayının keçiriləcəyinə qərar verildiyini də deyib: “Bu qurultayda Söhrab Tahir fəxri sədr olacaq. Biz hamını bu qurultaya dəvət edirik. Təəssüf edirəm ki, Qulamrza Səbri Təbrizi professor olsa da, DAK-ın sədri ola bilmədi və fəaliyyəti ciddi fikir ayrılığına səbəb oldu”. Xalq artisti İlhamə Quliyeva DAK-ın Mədəniyyət Akademiyasının prezidenti seçilməsinə baxmayaraq, ortada heç bir fəaliyyətin olmadığını deyib: “Bu səbəbdən vəzifəmi dondurmuşam. Digər tərəfdən, Azərbaycanın rayonlarını gəzməklə məşğuldurlar. DAK-ı Azərbaycanda yox, dünyada tanıtmaq lazımdır”. DAK Təşkilat Komitəsinin üzvü Xəzər Emin isə deyib ki, bəzi şəxslər qurumun adından çətir kimi istifadə etməklə məşğul olurlar. Tədbirdə DAK Təşkilat Komitəsi adından dünya azərbaycanlılarına müraciət də ünvanlanıb. Müraciətdə Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qurumun fəaliyyəti qeyri-legitim hesab olunduğu qeyd olunur.
DAK İdarə Heyətinin üzvü Vaqif Sultanlı isə APA-ya açıqlamasında C. Derəxtinin və onun ətrafında olan şəxslərin hərəkətlərini təşkilatın Nizamnaməsinə, dövlətə və millətə xəyanət adlandırıb: “DAK-ın protokolu İsveç Vergi Agentliyinə təqdim olunub. Qulamrza Səbri Təbrizi Böyük Britaniya vətəndaşı olduğundan, oktyabrın 26-da təşkilat bu ölkədə də qeydiyyata alınıb”. O, C. Derəxtinin qurumda parçalanma siyasəti apardığını da söyləyib: “Söhrab Tahir və İlhamə Quliyevanın isə DAK-ın rəhbərliyinə aidiyyəti yoxdur. Sadəcə bu insanların əlindən müəyyən imkanlar alındığından, təşkilatı qeyri-qanuni yollarla ələ keçirməyə çalışırlar”. V. Sultanlı C. Derəxtinin təşkilatdan çıxarılması ilə bağlı məsələnin gündəmdə olduğunu da diqqətə çatdırıb: “Əgər həmin şəxs Nizamnamədən kənar fəaliyyətini davam etdirsə, DAK-dan çıxarıla bilər. Təşkilat heç kimin deyil. Burada vəzifə tutmaq üçün qurultayda səs toplamaq lazımdır. Sadəcə, bu insanlar cəmiyyəti aldatmağa çalışırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR