Bank Of Baku

Gürcüstan hökuməti istefaya göndərilib, prezident baş nazir postuna Lado Qurgenidzenin namizədliyini irəli sürüb

Gürcüstan hökuməti istefaya göndərilib, prezident baş nazir postuna Lado Qurgenidzenin namizədliyini irəli sürüb
# 17 noyabr 2007 07:20 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hökumətin fövqəladə toplantısından sonra qərarını açıqlayan prezident baş nazir postuna Gürcüstan Bankının 37 yaşlı baş direktoru Lado Qurgenidzenin namizədliyini irəli sürdüyünü elan edib: “Lado Qurgenidzenin namizədliyi hökumətin yeni tərkibi ilə birlikdə təsdiqlənmək üçün yaxın saatlarda parlamentə təqdim olunacaq. Ümidvaram ki, parlament yaxın günlərdə Lado Qurgeniudzeni hökumət başçısı kimi təsdiqləyəcək. Yeni baş nazirə mərhələli şəkildə təqaüdlərin iki dəfə artırılması, müəllimlərin maaşlarının və sosial yardım alan təbəqələrə verilən vəsaitin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı göstəriş vermişəm. Yeni hökumətin qarşısında duran vəzifələrdən biri işsizlik problemini qısa müddətdə həll etməkdir”. Gürcüstan mətbuatı sabiq baş nazir Zurab Noğaydelinin Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunacağını bildirir. Noğaydeli hökumətinin istefaya göndərilməsinin səbəbləri isə məlum deyil. Hakim partiyanın parlament fraksiyasının rəhbəri Levan Bejaşvili bildirib ki, Noğaydeli səhhətində yaranan problemlərlə əlaqədar istefaya göndərilib. Qeyd edək ki, Gürcüstan hökumətinin tərkibinə baş nazir, 13 nazir və 14 dövlət naziri daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR