Bank Of Baku

Ramil Usubov: “MDB Daxili İşlər Nazirləri Şurasının sədri kimi Gürcüstanın daxili işlər naziri ilə əlaqə saxlamağımda qeyri-adi heç nə yoxdur”

Ramil Usubov: “MDB Daxili İşlər Nazirləri Şurasının sədri kimi Gürcüstanın daxili işlər naziri ilə əlaqə saxlamağımda qeyri-adi heç nə yoxdur”
# 17 noyabr 2007 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən nazir MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısında bu quruma sədr seçildiyini xatırladıb: “Vəzifəmə uyğun olaraq MDB üzvü ölkələrin daxili işlər nazirləri ilə mütəmadi əlaqə saxlayıram və burada qeyri-adi heç nə yoxdur. Mən daimi olaraq Rusiyanın, Belarusun, Ukraynanın, xüsusilə yaxın qonşumuz olan Gürcüstanın daxili işlər nazirləri ilə təmasdayam. Gürcüstanda baş verən hadisələrlə əlaqədar bu ölkənin daxili işlər naziri ilə əlaqə saxlamışam. Biz ölkədə qanunsuz silahlı birləşmələrin fəaliyyəti, mövcud durumla bağlı müzakirə aparmışıq və burada qeyri-adi heç nə yoxdur. Biz lazım olan anda bir-birimizə köməklik göstərə bilərik. Bu köməklik terrorçu qruplaşmaların zərərsizləşdirilməsi, kütləvi iğtişaşların qarşısının alınması ilə bağlıdır. Buna görə də mənim hər hansı ölkənin daxili işlər naziri ilə əlaqə saxlamağım normal haldır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR