Bank Of Baku

Əli Bayramlıda Yeni Azərbaycan Partiyasının 15 illik yubileyi qeyd olunub

Əli Bayramlıda Yeni Azərbaycan Partiyasının 15 illik yubileyi qeyd olunub
# 17 noyabr 2007 08:39 (UTC +04:00)
Əli Bayramlıda Yeni Azərbaycan Partiyasının 15 illik yubileyi qeyd olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna YAP-ın Əli Bayramlı şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov məlumat verib. Onun sözlərinə görə, noyabrın 16-da Heydər Əliyevin abidəsi önünə əklil qoyulduqdan sonra “Tural” şadlıq sarayında YAP-ın yaradılmasının 15 illiyinə həsr edilmiş tədbir keçirilib. Rəsmi hissədə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun geniş çıxışından və digər çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdirilib. Tədbirdə partiyaya yeni üzvlər qəbul edilib və YAP-ın aktiv üzvlərinə hədiyyələr verilib. Yubiley tədbirində YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin müavini İradə Hüseynova və digər qonaqlar iştirak edibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR