Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Ortaq türkcə yaradılmalı, ortaq türk tarixi yazılmalı və tədris olunmalıdır”

Rəcəb Tayyip Ərdoğan: “Ortaq türkcə yaradılmalı, ortaq türk tarixi yazılmalı və tədris olunmalıdır”
# 17 noyabr 2007 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib. O, türk dövlətləri arasında tarixi yaxınlıqların indiki zamanda bu dövlətlər üçün böyük imkanlar yaratdığını qeyd edib: Tarixi hadisələr keçmişdə bu əlaqələrdən istifadəyə imkan verməyib. O zaman aramızda sərhədlər qoyulsa da, indi bu problemlər aradan qaldırılıb”. Rəcəb Tayyip Ərdoğan digər türk dövlət və toplumlarının ciddi problemlərlə üzləşdiyini bildirib: “İraqdakı türkmən qardaşlarımızın da vəziyyəti pisdir. Burada da eyni problemlə üzləşməkdəyik. Şimali Kipr Türk Respublikasına qarşı edilən ədalətsizlik isə çox təəssüf doğurur. Balkanlarda və bölgədəki haqsızlıqlar hələ də davam etməkdədir. Bu problemlərin həllinin bir yolu var, o da birliyə nail olmaqdır”. Türk ölkələri arasında əlaqələrin möhkəmlənməsində iqtisadi amilin böyük önəm daşıdığını qeyd edən Rəcəb Tayyip Ərdoğan bu istiqamətdə ciddi layihələrin həyata keçirildiyini qeyd edib: “Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryolunun inşası xalqlarımızı yaxınlaşdıran əlaqələrin işarəsidir. Həm də bu layihələr Şimal və Cənub, Şərq və Qərb ölkələrini bir-birinə iqtisadi cəhətdən birləşdirməkdədir”. Türkiyənin baş naziri türk dövlətləri arasında birliyi gücləndirmək üçün konkret təkliflərlə də çıxış edib: “İlk öncə türk xalqlarının hamısının danışacağı ortaq türkcə yaradılmalıdır. Bundan başqa ortaq türk tarixinin yazılması və bunun məktəblərdə dərsliklərə salınması, tədris edilməsi son dərəcə vacibdir. Bu addımlar türk toplumlarının bir-birinə yaxınlaşdırmaqda əvəzsiz rol oynayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR