Bank Of Baku

Mehmet Əli Tələt: “Kipr türkləri Dağlıq Qarabağ problemini öz ürəklərində hiss edirlər”

Mehmet Əli Tələt: “Kipr türkləri Dağlıq Qarabağ problemini öz ürəklərində hiss edirlər”
# 17 noyabr 2007 09:05 (UTC +04:00)
O, Şimali Kipr Türk Cümhuriyyətinin, Kipr xalqının üzləşdiyi problemlərin qurultayın diqqət mərkəzinə gətirilməsini alqışlayaraq “Türk dünyasının dəstəyi ilə bu problemlərin həll oluna biləcəyinə olan inamımla bu günə qədər verdiyiniz dəstəyin bundan sonra da davam etməsini rica edirəm” deyib. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı üzləşdiklərini çətinlikləri çox yaxşı başa düşdüklərini bildirən Mehmet Əli Tələt bildirib ki, bütün Kiprli türklər Azərbaycanın problemlərini ürəklərində hiss edirlər: “Birləşmiş Millətlər Təşkilatının Qarabağla bağlı qəbul etdiyi qərarlar yerinə yetirilmədiyi kimi, Kipr problemini BMT çərçivəsində həll etmək yönündə olan səylərimizi əngəlləyən yunan Kipri təəssüf ki, hələ də dövlət olaraq qəbul edilir. Bizim hər hansı bir ölkə ilə münasibət qurmağımızı, hansısa bir ölkəyə səfər etməyimizi, ölkəmizə başqa ölkələrdən gəlib bizimlə görüşlər keçirilməyi əngəlləməyə çalışırlar. Amma Kipr türkləri dimdik ayaqdadır. Hər mövqedə bizi dəstəkləyən Türkiyə Cümhuriyyəti Avropa Birliyinə doğru irəliləyir. Avropa Birliyinin Türkiyə Cümhuriyyətindən əldə edəcəyi çox şey var. Kiprin yunan icması Türkiyənin bu yolda irəliləyərkən, onlara möhtac olacağını zənn edirlər. Bunun bir xəyal olduğunu hər kəs bilir. Kipr türkləri türk dünyasından bu günə qədər dəstək alıb, bundan sonra da bu dəstəyi alacağına əminik. Yüz milyonluq bir dünyanın bizə verəcəyi dəstəyin problemlərimizi çözəcək ən önəmli dəstək olduğunun da fərqindəyik. Biz çox şey istəmirik, haqqımızı istəyirik. Buna görə də bizə verəcəyiniz hər hansı dəstək haqqa verəcəyiniz bir dəstək olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR