Bank Of Baku

Bu gün Aşqabadda Xəzərin hüquqi statusuna dair Türkmənistan-Azərbaycan ikitərəfli danışıqları keçiriləcək

Bu gün Aşqabadda Xəzərin hüquqi statusuna dair Türkmənistan-Azərbaycan ikitərəfli danışıqları keçiriləcək
# 19 noyabr 2007 08:52 (UTC +04:00)
Türkmənistan Xarici İşlər Nazirliyindən APA-ya bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin bu ölkənin xarici işlər nazirinin müavini ilə görüşü günün ikinci yarısına planlaşdırılır. Görüşdə Xəzərin hüquqi statusu, Transxəzər kəmərlər layihəsi və s. haqqında ikitərəfli müzakirələr aparılacaq. Görüşdə həmçinin Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun Azərbaycana səfəri ilə bağlı məsələyə də toxunulacaq. Qeyd edək ki, Türkmənistanın yeni prezidenti Azərbaycan istisna olmaqla bütün Xəzəryanı ölkələrə səfər edib. Türkmənistan XİN bu ayın sonuna kimi Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının ilk iclasının keçirilməsi haqqında məlumatı təsdiqləməyib. XİN-dən qeyd ediblər ki, iki ölkə arasında həyata keçiriləcək bir sıra mühüm layihələr olsa da, iclasa çıxarılacaq sənədlər hələ tam dəqiqləşdirilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR