Bank Of Baku

XI Türk Qurultayında iştirak üçün Bakıya gələn Süleyman Dəmirəl Orxon-Yenisey mükafatı ilə təltif olunub

XI Türk Qurultayında iştirak üçün Bakıya gələn Süleyman Dəmirəl Orxon-Yenisey mükafatı ilə təltif olunub
# 19 noyabr 2007 09:27 (UTC +04:00)
Toplantının yekun iclasına Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də qatılıb. Qurultayda türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafında oynadığı rola görə Süleyman Dəmirəl Orxon-Yenisey mükafatına layiq görülüb. Qeyd edək ki, qurultayın sonunda yekun bəyannamə qəbul olunacaq, Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfi (TÜDEV) başqanı Əbdülhaluk Çay qurultayın yekunlarına həsr olunmuş brifinq keçirəcək. Bəyannamədə bir sıra məsələlərlə yanaşı, qondarma “erməni soyqırımı”nın tanınmasına qarşı birgə fəaliyyət aparılmasına dair müddəanın əks olunması da gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR