Bank Of Baku

Ziyafət Əsgərov: “Azərbaycan Milli Məclisinin PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı ayrıca bəyanat qəbul etməsinə ehtiyac yoxdur”

Ziyafət Əsgərov: “Azərbaycan Milli Məclisinin PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı ayrıca bəyanat qəbul etməsinə ehtiyac yoxdur”
# 19 noyabr 2007 09:45 (UTC +04:00)
Onun sözlərinə görə, sözügedən komissiya yaradılan ərəfədə Türkiyə prezidenti Abdulla Gül Azərbaycana rəsmi səfərə gəlib: “Səfər zamanı iki ölkənin prezidentləri PKK-nın terrorçu təşkilat kimi tanınmasını özündə ehtiva edən birgə bəyannamə imzalayıb. Milli Məclis həmin bəyannaməni ratifikasiya edəcək. Ona görə də hesab edirik ki, bir məsələ ilə bağlı iki ayrı-ayrı sənədin qəbul olunmasına ehtiyac yoxdur. Çünki PKK-nın terrorçu təşkilat kimi tanınması ən yüksək səviyyədə həllini tapıb”.
Z. Əsgərov “Əgər Milli Məclis PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat qəbul etməyəcəkdisə, o zaman komissiya niyə yaradılırdı” sualına belə cavab verib: “Həmin ərəfədə Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı bu sənədin qəbul ediləcəyi məlum deyildi. Birgə bəyannamə qəbul olunduqdan sonra bəyanata ehtiyac qalmadı. Çünki bəyannamədə Azərbaycan dövlətinin mövqeyi tam əks olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR