Bank Of Baku

Vurğun Əyyub: “Müsavatın qarşısında dayanan ən mühüm vəzifə seçkiqabağı şəraiti dəyişməkdir”

Vurğun Əyyub: “Müsavatın qarşısında dayanan ən mühüm vəzifə seçkiqabağı şəraiti dəyişməkdir”
# 19 noyabr 2007 09:46 (UTC +04:00)
“Müsavatın qarşısında dayanan ən mühüm vəzifə seçkiqabağı şəraiti dəyişmək və Seçki Məcəlləsinin təkmilləşdirilməsi olduğundan partiyanın seçki bloku yaradıb-yaratmayacağı bir qədər arxa plandadır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. O bildirib ki, seçkidə iştirak edən hər siyasi qüvvə kimi, Müsavat da onu dəstəkləyəcək təşkilatların və daha böyük seçici kütləsinin olmasında maraqlıdır. Bu istiqamətdə partiyanın mümkün addımları atacağını söyləyən V. Əyyub Müsavatın bu dəfə öz seçki taktikasına dəyişiklik edəcəyini də istisna etməyib: “Hələ zaman var. İndi əsas vəzifə seçki komissiyalarının formalaşması prinsipinin dəyişdirilməsi, ölkədə sərbəst toplaşmaq azadlığına qoyulmuş maneələrin aradan qaldırılması olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR