Bank Of Baku

XI Türk Qurultayının komissiyaları yekun sənədə 150-dən artıq təklif irəli sürüblər

XI Türk Qurultayının komissiyaları yekun sənədə 150-dən artıq təklif irəli sürüblər
# 19 noyabr 2007 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, dünən qurultayın dil və mədəniyyət (sədrlər Rafael Hüseynov, Şükrü Haluk Akal), elm, təhsil və texnologiya (sədr Şəmsəddin Hacıyev), beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları (sədr Gültəkin Hacıyeva), cəmiyyətin idarə edilməsi və hüquq (sədrlər Əli Hüseynov və İlyas Doğan), gənclik (sədr Elşad İsgəndərov), iqtisadiyyat, maliyyə, ticarət və turizm (sədr Ziyad Səmədzadə) komissiyalarının iclasları keçirilib. İclaslarda türkdilli xalqların mədəniyyət, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair məruzələr dinlənilib və təkliflər müzakirə olunub. Komissiyaların iclaslarının yekunu olaraq səsləndirilən təkliflər ümumiləşdirilərək qurultaya tövsiyə edilib. Qurultaya dil və mədəniyyət komissiyası 33, elm, təhsil və texnologiya komissiyası 29, beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları komissiyası 39, iqtisadiyyat, maliyyə, ticarət və turizm (sədr Ziyad Səmədzadə) komissiyası 17, cəmiyyətin idarə edilməsi və hüquq komissiyası 14, gənclik komissiyası 20 təklif və tövsiyə irəli sürüb. Təkliflər arasında TÜRKEVİZİON festivalının keçirilməsi, Türk Dünyası Elm və Mədəniyyət Akademiyasının yaradılması, Türk Dünyası Yazarlar Birliyi, Türk Dövlət və Cəmiyyətlərinin Yayınçılar Birliyi kimi birliklərin yaradılması, Türk Dünyası Mədəniyyət Arxivinin yaradılması, Türk Dünyası Müəllif Hüquqları Fondunun yaradılması, Türk dünyasının ortaq ensiklopediyasının yaradılması, Mahmud Kaşğarinin 1000 illiyi münasibəti ilə 2008-ci ildə xüsusi toplantıların keçirilməsi, 2009-cu ilin “Türk dünyası gəncliyi ili” kimi elan edilməsi, Qərbi Avropa ölkələrində Türk Mədəniyyət Mərkəzlərinin yaradılması, Türk xalqlarının ortaq tarixi köklərə və vahid etnik mənşəyə malik olduğunu əks etdirən “Ortaq Türk Tarixi”nin yazılması, Azərbaycan torpaqlarının işğal edilməsi, Azərbaycan xalqına qarşı Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım və terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində birgə tədbirlərin həyata keçirilməsi, Şimali Kiprin təcriddən çıxarılması naminə bütün Türkdilli dövlətlərin diplomatik səylərinin birləşdirilməsi, Şimali Kiprlə iqtisadi, mədəni, siyasi əlaqələrin qurulması və inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində Kipr türklərinin hüquqlarının müdafiəsi istiqamətində Türkiyə Cümhuriyyətinə dəstəyin artırılması, öz tarixi torpaqlarında etnik təmizləməyə məruz qalmış İraq türkmənlərinin qarşılaşdığı problemlərin həlli, hüquq və azadlıqlarının qorunması istiqamətində Türk dövlət və cəmiyyətlərinin vahid mövqedən çıxış etməsi, İraq türkmənlərinə milli-mədəni muxtariyyat hüququnun verilməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində Türkiyənin apardığı işə digər türkdilli ölkələr tərəfindən zəruri mənəvi-siyasi dəstəyin verilməsi, türk xalqlarının yaşadığı coğrafi məkanı əhatə edən Avrasiya siyasi-iqtisadi birliyinin yaradılması, Gürcüstan və Tacikistanın bu birliyin üzvü olmasına nail olunması, türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması ideyasının həyata keçirilməsi istiqamətində konkret tədbirlərin görülməsi, 1915-ci il hadisələri ilə bağlı saxta “erməni soyqırımı” iddialarının ifşası istiqamətində türk dövlət və cəmiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi, türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşü daimi katibliyinin yaradılması, Gürcüstan parlamentinin qəbul etdiyi "XX əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında" qanunun icrası ilə əlaqədar Ahıska türklərinin Gürcüstana qayıdışı, reratriant statusu və vətəndaşlıq alınması məsələlərinin həllinə birgə yardım göstərilməsi, işğal olunmuş Azərbaycan ərazilərində, habelə hazırda Ermənistanın ərazisi hesab olunan tarixi Azərbaycan torpaqlarında (Qərbi Azərbaycan) Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi və tarixi abidələrin dağıdılmasına həsr olunmuş beynəlxalq elmi-praktik konfransların təşkili, Türk Xalqlarının Ağsaqqallar Şurasının yaradılması, Neft və qaz istehsalçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin(OPEK-in analoqu) yaradılması, domen adların yenidən qeydə alınması zamanı turk dillərinin standartlarının qeydə alınması, .turan və .turk domeynlərinin yaradılması, türk dünyasını əhatə edəcək şəkildə Türk ləhcələrində verilişlər yayımlayan ümumi bir televiziya kanalının qurulması, Qarabağdan sürgün edilən türklərin insan haqlarının bərpası üçün Avropa İnsan Haqları Məhkəməsi nəzdində iddiaların qaldırılmasının təşviq edilməsi, türkdilli ölkələrin ərazisində xüsusi iqtisadi zonaların və texnoparkların yaradılması, Türk Dünya Bankının yaradılması və s. kimi aktual məsələlər var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR