Bank Of Baku

Natiq Məmmədov: “Yeni təlimatın hazırlanmasında MSK ilə birlikdə beynəlxalq ekspertlər də iştirak edəcəklər”

Natiq Məmmədov: “Yeni təlimatın hazırlanmasında MSK ilə birlikdə beynəlxalq ekspertlər də iştirak edəcəklər”
# 19 noyabr 2007 10:56 (UTC +04:00)
“Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında şikayət və müraciətlərə baxılması qaydalarına dair” təlimata hansı əlavə və dəyişikliklərin edilməsi hələlik müəyyənləşməyib. Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, Avropa Şurası Venesiya Komissiyaının təşkilatçılığı ilə keçirilən müzakirələrdən sonra irəli sürülən təkliflər ümumiləşdirilib: “Müzakirələr zamanı irəli sürələn bir sıra fikirlərlə bizim təkliflərimiz üst-üstə düşür. Biz də hesab edirik ki, təlimat təkmilləşdirilməlidir. Amma orada bəzi qeyri-ciddi təkliflər də səsləndi ki, həmin təkliflərə də yerindəcə cavab verildi. Yeni təlimatın hazırlanmasında MSK ilə bərabər beynəlxalq ekspertlər də iştirak edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR