Bank Of Baku

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyası başlayır

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyası başlayır
# 19 noyabr 2007 11:01 (UTC +04:00)
Bu gün Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyası başlayır. APA-nın Avropa bürosunun məlumatına görə, Milli Məclisin üzvü Anar İbrahimovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin də qatıldığı sessiyada bu gün müzakirə olunacaq əsas məsələ qurumun prosedur qaydalarına dəyişiklik edilməsidir. Dəyişiklik təklifləri arasında 2008-ci ildə konqresdəki milli nümayəndə heyətlərinin tərkibinin azı 30 faizini qadınların təşkil etməsi barədə Nizamnamə dəyişikliyi təklifi də var. Xatırladaq ki, 6 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tamamilə kişilərdən ibarətdir. Noyabrın 20-də konqresin hər iki palatasının - regional və yerli palataların plenar iclasları keçiriləcək. Yerli palatada müzakirə olunacaq məsələlər arasında Türkiyədə yerli demokratiyanın vəziyyəti də var. Bu ilin avqust ayında Türkiyənin cənub-şərqi Anadolu bölgəsində səfərdə olmuş məruzəçilər Anders Knape və Hans-Ulrix Şteklinq səfərlərinin nəticələri barədə məlumat verəcəklər. Müzakirələrdə Türkiyənin etnik kürdlərin üstünlük təşkil etdiyi Diyarbəkir şəhərinin bələdiyyə sədri, Demokratik Toplum Partiyasının üzvü Osman Baydəmir və şəhərin Sur rayonunun eyni partiyadan olan bələdiyyə sədri Abdulla Dəmirbas da iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR