Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı dekabrın 9-da Ukrayna meydanında mitinq keçirəcək

“Azərbaycan Yolu” Siyasi Hərəkatı dekabrın 9-da Ukrayna meydanında mitinq keçirəcək
# 19 noyabr 2007 11:33 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatı Türkiyənin PKK terroruna qarşı apardığı mübarizəyə dəstək və ABŞ Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin “erməni soyqrımı” ilə bağlı qətnaməyə etiraz olaraq dekabrın 9-da Ukrayna meydanında mitinq keçirəcək. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qərar qurumun Koordinasiya Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Aksiyanın saat 15.00-dan 17.00-a kimi keçirilməsi nəzərdə tutulub. Aksiyanın keçirilməsi ilə bağlı hərəkat rəhbərliyi bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR