Bank Of Baku

Lənkəranda YAP-ın 15 illiyi qeyd olunub

Lənkəranda YAP-ın 15 illiyi qeyd olunub
# 19 noyabr 2007 11:45 (UTC +04:00)
Lənkəranda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 15 illiyinə həsr olunmuş toplantı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrının zalına yığışıblar. YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov partiyanın 15 illik tarixi barədə məruzə ilə çıxış edib. O, məruzəsində partiyanın yenilməz siyasi qüvvə kimi yeni cəmiyyət quruculuğu prosesində fəallıqla iştirakından və respublikanın tərəqqisi, xalqın rifahı üçün həyata keçirdiyi işlərdən söz açıb. İ. Dadaşov həmçinin YAP-ın qabaqcıl dəstələrindən sayılan Lənkəran şəhər təşkilatının ötən 15 il ərzindəki fəaliyyətinə ekskurs edərək, 1993-cü ildə 24 ilk təşkilatla təşəkkül tapmış şəhər təşkilatının sıralarında hazırda 150 ərazi ilk təşkilatının təmsil olunduğunu, 8 mindən çox üzvü birləşdirdiyini, onun tərkibində Qadınlar Şurasının və Gənclər Birliyinin yaradıldığını diqqətə çatdırıb.
Toplantıda çıxış edən Milli Məclisin üzvləri Hadi Rəcəbli və Hüseynbala Mirələmov YAP-ın 15 il ərzində ölkənin ictimai-siyasi həyatındakı qabaqcıl mövqeyindən danışaraq, şəhər tədbir iştirakçılarını yubiley münasibətilə təbrik ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiya sıralarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup YAP üzvünə fəxri fərman və qiymətli hədiyyələr, bir qrup gənc YAP təəssübkeşinə isə partiya biletləri təqdim edib. Tədbir rayon musiqi kollektivlərinin konsert proqramı ilə başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR