Bank Of Baku

Eduard Lintner: “Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunması ilə bağlı mənə təklif daxil olmayıb”

Eduard Lintner: “Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunması ilə bağlı mənə təklif daxil olmayıb”
# 19 noyabr 2007 12:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində: fərqli və ümumi cəhətlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin sədri Eduard Lintner deyib. E. Lintner bildirib ki, Azərbaycanda media bir qədər çətin şəraitdə fəaliyyət göstərir: “Ona görə də hesab edirəm ki, tezliklə “Diffamasiya haqqında” qanun qəbul edilməli, jurnalistlər diffamasiyaya görə həbs olunmamalıdırlar”.
E. Lintner “Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyac varmı” sualına belə cavab verib: “Hələlik mənə belə bir təklif daxil olmayıb. Bu məsələyə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın hesabatından sonra aydınlıq gələcək. Əgər onlar birgə təkliflə çıxış etsələr, xüsusi məruzəçi təyin oluna bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR