Bakıda keçirilən XI Türk Qurultayında qondarma “erməni soyqrımı” iddiaları ilə bağlı bəyanat qəbul olunub
19 noyabr 2007 12:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, ürkdilli xalqlar tarixən sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış edib, millətlərarası münasibətlərin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri çərçivəsində inkişafına çalışıb, öz imkan və potensialını regionda davamlı sabitliyin qorunub saxlanılmasına yönəldib: “Lakin son dövrlərdə baş verən məlum hadisələr türk dövlətlərinin şanlı keçmişini saxtalaşdırmaq, ona kölgə salmaq səylərini xalqlar və dövlətlər arasında münasibətlərin normal inkişafına xələl gətirməklə, məkrli siyasi məqsədlərə xidmət edir. Heç bir fakta söykənməyən saxta “erməni soyqırımı” mövzusu ətrafında məqsədli və qərəzli kampaniyanın vüsət alması, yalançı iddiaların bəzi dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və beynəlxalq hüquqa zidd qərarların qəbul edilməsi bütün türk dünyasında hiddət və təəssüf doğurmaqdadır. Bu fəaliyyət birmənalı şəkildə xalqlar arasında uçurumun dərinləşməsinə, regionda sülhə və sabitliyə qarşı təhdidlərin şiddətlənməsinə, separatizm, terrorçuluq meyllərinin süni olaraq genişləndirilməsinə, milli ədavətin qızışdırılmasına yönəlib”. Qurultay iştirakçıları bəzi ölkələrin parlamentlərinin tarixi hadisələrə yanlış münasibət bildirmək cəhdlərini bütün Türk dünyasına qarşı qərəzli yanaşma kimi dəyərləndiriblər. Bəyanatda həmçinin ötən əsrin əvvəllərində baş verən hadisələrin mahiyyəti də açıqlanıb: “Gerçəkliyin real mənzərəsinin yaradılması üçün Türkiyə Cümhuriyyətinin öz arxivlərini tədqiqatçıların üzünə açdığını rəsmən bəyan etməsinə, Ermənistanla birgə araşdırma komissiyası yaratmaq təşəbbüsünə baxmayaraq, qarşı tərəfin bu müraciəti cavabsız qoyması “erməni soyqırımı” iddialarının əsassız olduğuna daha bir sübutdur. Bu gün Türkiyəni bir milyon ermənini guya soyqırıma məruz qoymaqda ittiham edərək, yüz il bundan öncə baş verdiyi iddia edilən olaylar haqqında hökm çıxaranlar, niyə unudurlar ki, həmin dövrdə Türkiyə ərazisində cəmi 150 min erməni yaşayırdı? Bu müqayisənin özü saxta “erməni soyqırımı” iddialarının əslində böyük bir geosiyasi oyunun tərkib hissəsi olduğunun təsdiqi deyilmi? Tarixi faktlar, sənədlər, şahid ifadələri isə göstərir ki, 1915-1918-ci illərdə baş verənlər ölkənin azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan Türkiyəyə bəzi Qərb dövlətlərinin və Rusiyanın fitvasına uyaraq arxadan zərbə vuran erməni silahlı birləşmələri ilə Türk ordusu arasında hərbi əməliyyatlarla bağlı olub. Bu dövrdə Rus ordusunun tərkibində döyüşən erməni silahlı birləşmələri Türkiyənin müxtəlif vilayətlərində yerli sakinlərə qarşı xüsusi amansızlıqla qətliamlar törədib. Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 2 milyondan çox türk xüsusi qəddarlıqla qətlə yetirilib”. Bəyanatda həmçinin ermənilərin zaman-zaman Azərbaycanda törətdikləri soyqırımı hadisələrinə də diqqət yetirilir: “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə 1918-ci ilin martında əksinqilabi ünsürlərlə mübarizə adı altında erməni silahlıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində on minlərlə dinc sakin, o cümlədən azərbaycanlılar, ləzgilər, avarlar, talışlar, kürdlər, dağ yəhudiləri qətlə yetirilib. XX əsrin sonlarında 1992-ci ilin fevral ayının 26-da erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının Xocalı şəhərində törətdiyi tarixdə analoqu olmayan cinayət əslində kimin soyqırıma məruz qaldığını anlamağa imkan verir. Həmin gün Xocalı şəhərində 623 nəfər dinc sakin vəhşicəsinə öldürülüb, 487 nəfər ömürlük əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Bu dəhşətli cinayət nəticəsində Xocalı şəhəri tamamilə yerlə yeksan edilib. Ümumilikdə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 minədək azərbaycanlı qətlə yetirilib, 50 mindən çox insan yaralanıb və əlil olub”. Qurultay iştirakçıları bildiriblər ki, bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda məqsəd tarixi mübahisələri araşdırmağın siyasətçilərin deyil, tarixçilərin vəzifəsi olduğunu bir daha bəyan etməkdir”. /APA/
Daxili siyasət
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib
09:41
31 avqust 2024
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
11:32
30 avqust 2024