Bank Of Baku

Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında yekun hesabat qəbul olunub - FOTOSESSİYA

Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında yekun hesabat qəbul olunub - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 19 noyabr 2007 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, yekun hesabatda qurultayın gedişinin xroniki ardıcıllığı, müzakirə olunan məsələlər geniş şəkildə öz əksini tapıb.
Sənəddə qurultayda aparılmış müzakirə və təhlillər, komissiya iclaslarında məruzəçilərin çıxışları, irəli sürülmüş rəy və təkliflərin əsas istiqamətləri qeyd olunub və bu vəzifələrdən irəli gələrək 40 tövsiyə irəli sürülüb. Qurultay iştirakçıları Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün zəruri elmi, ideoloji, institusional və hüquqi zəminin formalaşdırılmasına başlamaq məqsədilə müvafiq konsepsiyanın hazırlanması vacib hesab ediblər. Bundan başqa Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşü daimi katibliyinin yaradılması ideyası alqışlanıb, Türkdilli ölkələrin müvafiq dövlət və hökumət strukturlarını bu istiqamətdə tədbirlər görməyə çağırılıb. Sənəddə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım və terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində Türkdilli ölkələr tərəfindən birgə tədbirlərin görülməsi təmin edilməli, Azərbaycana mənəvi-psixoloji və siyasi dəstək gücləndirilməlidir. Bundan başqa qurultay iştirakçıları Şimali Kiprin təcriddən çıxarılması istiqamətində bütün Türkdilli dövlətlərin səylərinin birləşdirilməsini, İraq türkmənlərinin hüquqlarının təmin olunması istiqamətində beynəlxalq ictimaiyyətlə intensiv işin aparılması, Avropada yaşayan türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini, Türk xalqlarının yaşadığı coğrafi məkanı əhatə edən Avrasiya siyasi-iqtisadi birliyinin yaradılmasını, Gürcüstan və Tacikistanın bu birliyin üzvü olmasına nail olunmasını qeyd ediblər. Qurultay Ahıska türklərinin Gürcüstana qayıdışı, repatriant statusu və vətəndaşlıq alması məsələlərinin həllinə yardım göstərilməsində Türkdilli ölkələrin dəstəyinə ehtiyac duyulduğu qərarına gəlib. Sənəddə mühüm məqamlardan biri Türkdilli dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımının azərbaycanlılara qarşı erməni terrorçuları tərəfindən törədilmiş kütləvi soyqırımı aktı kimi tanınması məsələsinin gündəliyə gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Yekun sənədə daxil edilən tövsiyələr arasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” iddialarının ifşasının Türkdilli ölkələrin xarici siyasətinin prioritetləri sırasına daxil edilməsi, ortaq türk əlifbasının yaradılması, Türk dünyasının Elmlər Akademiyasının yaradılması, “Ortaq türk tarixi”, “Türk ədəbiyyatı”, “Dini mədəniyyət və etika” dərs kitablarının hazırlanması və orta ümumtəhsil məktəblərində tədrisi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ideyasının həyata keçirilməsi kimi məsələlər də var. Bundan başqa qurultay hesab edir ki, enerji amilinin dünya siyasətində mühüm faktor olduğu indiki mərhələdə neft və qaz istehsalçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin (OPEK-in analoqu) yaradılması məsələsinə baxılması Türk dünyasının milli maraqları baxımından mühüm əhəmiyyətə malikdir. Qurultayda həmçinin Qərbi Avropa ölkələrində Türk Mədəniyyət Mərkəzlərinin yaradılması üçün türkdilli ölkələrin xarici işlər və mədəniyyət nazirlikləri tərəfindən birgə layihənin hazırlanması tövsiyə olunub. /APA/


























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR