Bank Of Baku

ADP İdarə Heyətinin növbəti iclası keçirilib

ADP İdarə Heyətinin növbəti iclası keçirilib
# 19 noyabr 2007 12:41 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda türk dövlət və xalqlarının Bakıda keçirilən toplantısı ilə bağlı müzakirə aparılıb. Partiya rəhbərliyi Türk Dövlətləri Parlament Assambleyasının yaradılması, ortaq dil formalaşdırılması, ortaq televiziyanın yaradılması və xarici siyasətin uzlaşdırılması kimi məsələlərlə əlaqədar səslənən ideyaları yüksək qiymətləndirib. İH bir sıra türkdilli dövlətlərin yüksək səviyyədə bu toplantıya qatılmamasından və Azərbaycan müxalifətinin, o cümlədən türk xalqlarının birliyi ideyasının gerçəkləşməsində mühüm rolu olan bəzi tanınmış simaların tədbirə dəvət edilməməsindən təəssüfləndiyini bildirib. İclasda həmçinin Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəmərinin çəkilməsi, Rusiya Dövlət Dumasında BMT-nin Kosovo Respublikasının müstəqilliyini tanıyacağı təqdirdə, Rusiyanın da Dağlıq Qarabağ, Abxaziya və Dnestryanı Respublikanın müstəqilliyini tanıyacağı ilə bağlı səsləndirilən fikirlər müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR