Bank Of Baku

AXCP, Müsavat, ADP və ALP rəhbərləri KXCP qərargahında keçiriləcək toplantıya dəvət edilməyib

AXCP, Müsavat, ADP və ALP rəhbərləri KXCP qərargahında keçiriləcək toplantıya dəvət edilməyib
# 19 noyabr 2007 12:45 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaların sədrlərinin noyabrın 22-də keçiriləcək görüşündə əməkdaşlığın formaları araşdırılacaq. KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, 20-yə yaxın partiyanın iştirakı ilə keçiriləcək toplantıda növbəti yığıncağın vaxtı və orada müzakirə olunacaq məsələlər müəyyənləşəcək. Xalq Cəbhəsi, Liberal, Demokrat və Müsavat partiyalarının noyabrın 22-də keçiriləcək toplantıya dəvət edilməyəcəyini deyən M.Mirəlioğlu növbəti tədbirə dəvət ediləcək təşkilatların siyahısının burada aydınlaşacağını söyləyib: “Biz onları əksər tədbirlərə dəvət etmişik. Ancaq özlərini kənarda qoyduqlarından belə alınıb. Hesab edirəm ki, növbəti dəfə keçiriləcək geniş formatlı yığıncağa həmin partiyalar dəvət ediləcək. Onların bu toplantıya gəlib-gəlməyəcəklərini isə deyə bilmərəm”. O, toplantıda blok məsələsinin müzakirə mövzusu olmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR