Bank Of Baku

Sabah Gülüstan Sarayında “YAP: 15 il yüksəliş yolunda” mövzusunda konfrans keçiriləcək

Sabah Gülüstan Sarayında “YAP: 15 il yüksəliş yolunda” mövzusunda konfrans keçiriləcək
# 19 noyabr 2007 13:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 15 illik yubileyi ilə bağlı sabah Gülüstan Sarayında “YAP: 15 il yüksəliş yolunda” mövzusunda konfrans keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans iki hissədən ibarət olacaq. Konfransda YAP sədrinin müavini Murtuz Ələsgərov “Heydər Əliyev yolu əbədidir”, partiyanın Siyasi Şurasının üzvü Zahid Qaralov “YAP tarixi zərurətdən yarandı”, təhsil naziri Misir Mərdanov “Davamlı inkişaf və təhsil”, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli “YAP: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edəcəklər. Fasilədən sonra konfrans bölmələrdə davam etdiriləcək. Birinci bölmə “YAP: zamanın tələbi, xalqın istəyi” adı altında Milli Məclisin komissiya sədri Arif Rəhimzadənin sədrliyi ilə, ikinci bölmə “YAP: Heydər Əliyev ideyalarının daşıyıcısı” adı altında MM-in komissiya sədri Eldar İbrahimovun sədrliyi ilə, üçüncü bölmə isə “Yeni zamanın, yeni liderin partiyası” adı altında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov sədrliyi ilə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR