Bank Of Baku

Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri hazırda masada olan təkliflərlə razılaşmalıdır”

Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri hazırda masada olan təkliflərlə razılaşmalıdır”
# 19 noyabr 2007 13:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Ermənistanın “PanARMENİAN.Net” saytına müsahibəsində Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərindən münaqişənin həllini ləngitmək üçün istifadə etmək lazım deyil: “Beynəlxalq Böhran Qrupunun hesabatında qeyd olunur ki, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəflərə təzyiq imkanları var. Ancaq biz yalnız münaqişə tərəfləri arasında etimadın yaranmasına yardımçı ola bilərik. Qarabağ problemini ATƏT-in Minsk Qrupu həll edir və bizim bu mövqeyimiz dəyişməzdir”. P. Semnebinin sözlərinə görə, tərəflər arasında hansısa ilkin razılaşmanın belə olmadığı şəraitdə müharibə ehtimalı həmişə qalır: “Hazırda vəziyyət stabil görünə bilər, amma Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində demək olar ki, hər həftə insident baş verir. Bu, çox təhlükəlidir, çünki belə hallar hərbi əməliyyatların başlamasına səbəb ola bilər”. P. Semnebi Azərbaycan və Ermənistanın hərbi büdcələrinin artmasının narahatlıq doğurduğunu da vurğulayıb: “Azərbaycan sürətlə inkişaf edir və özünü güclü hiss edir. Amma bu, o demək deyil ki, Azərbaycan problemi güc yolu və ya iqtisadi təzyiqlə həll edə bilər. Ermənistan da inkişaf edir və təbii olaraq hərbi xərclərini artırır. Dünyada vəziyyət daim dəyişir və 1-2 il əvvəlki sabit vəziyyət də dəyişə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR