Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hakimiyyətdən kiminsə Rəsul Quliyevlə danışıqlar aparacağına inanmıram”

Sərdar Cəlaloğlu: “Hakimiyyətdən kiminsə Rəsul Quliyevlə danışıqlar aparacağına inanmıram”
# 19 noyabr 2007 13:35 (UTC +04:00)
“Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı hakimiyyətdən kiminsə onunla danışıqlar aparacağına inanmıram”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazovun “Rəsul Quliyev Azərbaycana hakimiyyətin razılığı ilə qayıdacaq” fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, R. Quliyevlə hakimiyyət arasında ciddi problemlər var və bu problemlərin bir çoxu siyasi deyil, şəxsi xarakterlidir: “Düşünmürəm ki, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər. Ayaz Mütəllibov bəlkə də danışıqlar yolu ilə Azərbaycana gələ bilər, amma Rəsul Quliyevin qayıda biləcəyinə inanmıram”. Ümumilikdə isə S. Cəlaloğlu hakimiyyətlə danışıqlar ideyasının normal olduğunu bildirib: “İqtidarla və digərləri ilə problemi həll etmək üçün ünsiyyətə girmək, dialoq aparmaq normal haldır. Məsələn, Bənazir Bhutto Pərviz Müşərrəflə danışdı, sonra ölkəyə qayıtdı. Yəni hökumətlə danışmaq mövqedən kənara çıxmaq, əqidəni satmaq, iqtidarın əlaltısına çevrilmək demək deyil. Bu, sadəcə siyasi gedişdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR