Bank Of Baku

Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı başa çatıb

Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı başa çatıb
# 19 noyabr 2007 13:44 (UTC +04:00)
O, qəbul edilən yekun sənəddə əksini tapan təkliflərin həyata keçiriləcəyini deyib. Əbdülhaluk Çayın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş zamanı Qurultayın daimi katibliyinin yaradılması və qərargahın Türkiyədə yerləşməsi haqda razılığa gəlinib. A. Çay Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının indiyə qədər tanışlıq xarakteri daşıdığını, bundan sonra isə problemlərin həlli ilə məşğul olacaqlarını bildirib. Onun sözlərinə görə, 300 milyonluq türk milləti ortaq dil, mədəniyyət, siyasət və iqtisadiyyata sahib olmalıdır. A. Çay türk dövlətlərindən hər hansı birinin müraciət edəcəyi təqdirdə növbəti qurultayın həmin ölkədə keçiriləcəyini istisna etməyib: “Əks halda növbəti qurultay ya Türkiyə, ya da Azərbaycan keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR