Bank Of Baku

Mixail Saakaşvili Bakı-Tiflis-Qars layihəsini Gürcüstan üçün coğrafi inqilab hesab edir

Mixail Saakaşvili Bakı-Tiflis-Qars layihəsini Gürcüstan üçün coğrafi inqilab hesab edir
# 19 noyabr 2007 14:44 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili yeni hökumətdə yer almayan təhsil naziri Aleksandr Lomayanı Milli Təhlükəsizlik Şurasının katibi təyin edəcəyini açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili A. Lomayanı olaylara çevik reaksiya verən bilən nüfuzlu şəxs adlandıraraq onun hökumət və prezident üçün konkret qərarlar hazırlayacağını bildirib. O, prezidentin enerji və nəqliyyat layihələri ilə məşğul olacaq xüsusi aparatının yaradılacağını da deyib. Yeni struktura Milli Təhlükəsizlik Şurasının katibi Konstantin Kemulariya başçılıq edəcək. M. Saakaşvili Gürcüstanın iştirakı ilə reallaşdırılan magistral boru kəmərləri və nəqliyyat dəhlizləri layihələrinin əhəmiyyətini vurğulayaraq iki gün sonra Qars-Tiflis dəmir yolunun tikintisinin başlanacağını xatırladıb: “Bu möhtəşəm layihə Gürcüstan üçün coğrafi inqilab olacaq və ölkəmizi Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirərək nəinki Gürcüstan vətəndaşlarına, digər regionların sakinlərinə də tez müddətdə Avropaya səfər etmək imkanı verəcək. Artıq Gürcüstanda Böyük İpək Yolu bütün cəhətləri ilə bərpa olunur və bu yol Çindən Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmağa imkan yaradacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR