Bank Of Baku

Naxçıvanda YAP-ın 15 illik yubileyi qeyd olunub

Naxçıvanda YAP-ın 15 illik yubileyi qeyd olunub
# 19 noyabr 2007 15:42 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında (MR) Yeni Azərbaycan Partiyasının (YAP) 15 illik yubileyi qeyd olunur. APA-nın Naxçıvan bürosunun məlumatına görə, indiyədək regionun bölgələrində, idarə və təşkilatlarda partiyanın rayon təşkilatlarının iştirakı ilə müxtəlif konfranslar təşkil olunub, tədbirlər keçirilib. Bu gün YAP-ın yubileyi Naxçıvan şəhərində “Gənclik Mərkəzi”ndə qeyd olunub. Yığıncaqda YAP Naxçıvan şəhər təşkilatının sədri Ələkbər Quliyev “YAP 15 ildə”, YAP Naxçıvan şəhər təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Yazgül Rzayeva “YAP və Azərbaycan qadını” və digər mövzularda məruzələr dinlənilib. Tədbirdə YAP-ın keçdiyi inkişaf yolundan danışılıb, perspektivlər və qarşıda duran vəzifələr müzakirə edilib. Yığıncaq bədii hissənin təqdimatı ilə başa çatıb. Əlavə edək ki, YAP-ın yaranmasının 15 illik yubileyi noyabrın 21-də Naxçıvan Muxtar Respublikası çərçivəsində geniş şəkildə qeyd olunacaq. Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Naxçıvan Muxtar Respublikasında YAP-ın 40 minə yaxın üzvü var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR