Bank Of Baku

Elmar Məmmədyarov sabah Latviyaya üç günlük səfərə gedəcək

Elmar Məmmədyarov sabah Latviyaya üç günlük səfərə gedəcək
# 21 noyabr 2007 15:33 (UTC +04:00)
Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarovun APA-ya verdiyi məlumata görə, XİN başçısının səfəri noyabrın 24-nə kimi davam edəcək. Baltik Assambleyasının iclasında çıxış edəcək Elmar Məmmədyarovun Latviyanın bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub. Qeyd edək ki, iclasın əsas mövzusu “Baltik dövlətçiliyi və Avropanın Yeni Qonşuluq Siyasəti”dir. İclasa xarici işlər nazirləri, parlament spikerləri səviyyəsində 80-dən artıq qonaq dəvət olunub. Baltik Assambleyası bu regionun ölkələri müstəqillik əldə etdikdən sonra təsis olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR