Bank Of Baku

Artur Rəsizadə Türkmənistana gedib

Artur Rəsizadə Türkmənistana gedib
# 22 noyabr 2007 08:31 (UTC +04:00)
Azərbaycanın baş naziri Artur Rəsizadə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri hökumət başçıları şurasının iclasında iştirak etmək üçün Türkmənistana yollanıb. APA-nın Türkmənistan KİV-lərinə istinadən yaydığı məlumata görə, Tacikistan, Belarus, Ukrayna, Ermənistan, Rusiya, Gürcüstan, Moldovanın baş nazirləri və Özbəkistan baş nazirinin müavini dünən Aşqabada gediblər, Qazaxıstan və Qırğızıstanın baş nazirləri isə bu gün Türkmənistan paytaxtında olacaqlar. Hökumət başçıları bu gün Türkmənistanın ilk prezidenti Saparmurad Niyazov və onun 1948-ci ildə zəlzələ zamanı həlak olmuş anası və qardaşlarının, həmçinin İkinci Dünya Müharibəsində həlak olmuş atasının dəfn olunduğu mavzoleyə əklil qoyublar.
Qeyd edək ki, dövlət başçıları şurasının yığıncağında 29 məsələ müzakirə ediləcək. Bunlardan 27-nin müzakirəsiz qəbul ediləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR