Bank Of Baku

Suriya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır

Suriya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır
# 22 noyabr 2007 08:41 (UTC +04:00)
2008-ci ildə Suriyanın xarici işlər naziri Valid əl-Muallimin Azərbaycana səfəri gözlənilir. Bu barədə APA-ya Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qəssub məlumat verib. O bildirib ki, Azərbaycanın xarici işlər naziri aprel ayında Suriyaya səfəri zamanı həmkarını Bakıya dəvət edib. Tərəflər apreldə müzakirəsinə başladıqları məsələləri bir daha nəzərdən keçirəcəklər. Danışıqlarda Suriyada Azərbaycan səfirliyinin açılması məsələsi diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Valid əl-Muallim ötən ilin iyun ayında Azərbaycanda olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR