Bank Of Baku

Bratislavada AŞPA qış sessiyasının gündəliyi müzakirə olunur

Bratislavada AŞPA qış sessiyasının gündəliyi müzakirə olunur
# 22 noyabr 2007 09:04 (UTC +04:00)
Bu gün Slovakiyanın paytaxtı Bratislavada Avropa Şurası Parlament Assambleyası (AŞPA) daimi komissiyasının iclası öz işinə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, iki gün davam edəcək iclasda AŞPA-nın yanvar sessiyasının gündəliyi müzakirə olunur. Bundan əlavə deputatlar Avropanın humanitar fəlakətlərə cavabı, Balkanlarda postmünaqişə zonalarında uşaqların vəziyyəti, Avropa Şurası İnkişaf Bankının fəaliyyəti, İtaliyada kütləvi informasiya vasitələrinin inhisarlaşması problemini və digər məsələləri müzakirə edəcəklər. AŞPA prezidenti Rene van der Lindenin sədrlik etdiyi iclasda Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR