Bank Of Baku

Riqada Baltik Assambleyasının 26-cı sessiyası və Baltik Şurasının 13-cü iclası keçiriləcək

Riqada Baltik Assambleyasının 26-cı sessiyası və Baltik Şurasının 13-cü iclası keçiriləcək
# 22 noyabr 2007 09:11 (UTC +04:00)
Noyabrın 22-dən 25-dək Latviyanın paytaxtı Riqa şəhərində Baltik Assambleyasının 26-cı sessiyası və Baltik Şurasının 13-cü iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ukrayna, Belorus, Moldova, Finlandiya, Gürcüstan və digər ölkələrin nümayəndələrinin iştirak edəcəyi tədbirdə Milli Məclisi deputat Vidadi Məmmədov təmsil edəcək. İclaslarda Baltikyanı dövlətlərin ümumi energetika siyasəti, ətraf mühitin və mədəni irsin qorunması, Avropaya inteqrasiya, parlamentlər səviyyəsində siyasi dialoq və digər məsələlər müzakirə ediləcək. Tədbir çərçivəsində “Baltikyanı dövlətlər və Avropa qonşuluq siyasəti” mövzusuna həsr edilmiş konfrans da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR