Bank Of Baku

Azay Quliyev: “Prezident yanında Əfv Komissiyasına daxil olan müraciətlərə baxılma prosesi hələ başa çatmayıb”

Azay Quliyev: “Prezident yanında Əfv Komissiyasına daxil olan müraciətlərə baxılma prosesi hələ başa çatmayıb”
# 22 noyabr 2007 10:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib. Komissiya üzvü cəmiyyətdə hər bayram ərəfəsində əfv fərmanın veriləcəyi ilə bağlı yanlış rəy formalaşdığını söyləyib: “Əfv fərmanı imzalamaq prezidentin vəzifəsi yox, hüququdur. Prezident bu hüquqdan istifadə edə də, etməyə də bilər”. A. Quliyev Prezident yanında Əfv Komissiyasının əfvlə bağlı hüququ reallaşdırmaqdan ötrü dövlət başçısına köməklik göstərdiyini deyib. Onun sözlərinə görə, əfv fərmanının əsas fəlsəfəsi dövlətin humanizmini nümayiş etdirməkdir. A. Quliyev, həmçinin, həbsdə olan jurnalistlərin də azad olunmasının tərəfdarı olduğunu bildirib: “Jurnalist sözə görə həbsdə yatmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR