Bank Of Baku

ADP Balakən rayon təşkilatının keçmiş sədri Nizami Quliyevlə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

ADP Balakən rayon təşkilatının keçmiş sədri Nizami Quliyevlə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək
# 22 noyabr 2007 11:00 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Balakən rayon təşkilatının həbs edilmiş keçmiş sədri Nizami Quliyevlə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək. ADP sədrinin müavini Taliyət Əliyev APA-ya açıqlamasında bildirib ki, təşkilatın keçmiş sədrinə verilən cəza onun etdiyi hərəkətə adekvat deyil. N. Quliyevin birmənalı olaraq siyasi məhbus kimi tanınmasına iddia etmədiklərini bildirən T. Əliyevin sözlərinə görə, təşkilat sədrini cinayət törətməyə vadar edən amillər olub: “Biz istintaq müddətində çalışdıq ki, iş obyektiv aparılsın, onun azyaşlı uşaqlarının olması, bu hadisəni törətməsinə sosial problemlərin səbəb olduğu nəzərə alınsın. Amma bunların heç biri nəzərə alınmadı və 12 il həbs cəzası verildi. Bu, ədalətli qərar deyil”. T. Əliyev məhkəmənin qərarından apelliyasiya şikayəti veriləcəyini bildirib.
Qeyd edək ki, ADP-ni Balakən RT-nın keçmiş sədri N. Quliyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, bu ilin avqustunda qumbara ilə silahlanaraq rayon Elektrik Şəbəkəsinə gedərək borcunun silinməyəcəyi təqdirdə, idarəni partladacağı ilə hədə-qorxu gəlməkdə və evinə gələn şəbəkə əməkdaşlarından birini odlu silahla yaralamaqda ittiham edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR