Bank Of Baku

ALP Siyasi Şurasının növbəti iclası keçirilib

ALP Siyasi Şurasının növbəti iclası keçirilib
# 22 noyabr 2007 12:04 (UTC +04:00)
Azərbaycan Liberal Partiyasının (ALP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadənin rəhbərliyi ilə keçirilən iclasda ALP-nin növbəti qurultayının gündəliyinə təqdim olunacaq məsələlər müzakirə edilib. Partiyanın sədr əvəzi Əvəz Temirxan “ALP Siyasi Şurasının fəaliyyəti barədə hesabat”, ALP sədrinin müavini Elxan Abbasov “ALP Nizamnaməsinə əlavələr və dəyişikliklər edilməsinə dair təkliflər barədə” məruzə ediblər. Müzakirələrdə partiyanın 9 daimi komissiyasının, 9 departamentin və 11 ərazi şöbə rəhbərləri partiyanın fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər. İclasda vətəndaşların sərbəst toplaşmaq azadlığının qadağan edilməsi, söz azadlığına basqılar, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin və digər 8 jurnalistin həbsi müzakirə edilib. Siyasi Şura Seçki Məcəlləsinə və “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin edilmədiyini nəzərə alaraq, ALP-nin növbəti qurultayının təxirə salınması barədə qərar qəbul edib. Qurultayın 2008-ci ildə prezident seçkiləri dövründə keçirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, partiya növbəti qurultayını noyabrın sonlarında keçirməyi nəzərdə tuturdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR