Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Seçkilərdə ciddi rəqabət olsa da, hakimiyyətin namizədinin qalib gəlmək imkanları böyükdür”

Fazil Qəzənfəroğlu: “Seçkilərdə ciddi rəqabət olsa da, hakimiyyətin namizədinin qalib gəlmək imkanları böyükdür”
# 22 noyabr 2007 12:20 (UTC +04:00)
“2008-ci ildə keçiriləcək prezident seçkilərində hakimiyyətin resursları kifayət qədər geniş olacaq. Azərbaycan müxalifətinin zəifliyi, ortaya realist mövqe qoymaması bir sıra problemlər yaradır”. APA-nın məlumatına görə, bu fikirləri Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu söyləyib. Onun sözlərinə görə, mövcud beynəlxalq vəziyyət müxalifətin xeyrinə deyil. Seçkilər zamanı ciddi rəqabətin olacağını düşünən partiya sədri buna baxmayaraq, hakimiyyətin namizədinin qalib gəlmək imkanının böyük olduğunu vurğulayıb. Rəhbərlik etdiyi partiyanın prezident seçkilərinə qatılacağını deyən F. Qəzənfəroğlu hələlik namizədin müəyyən olunmadığını vurğulayıb: “Biz seçkilərdə daha çox orta təbəqənin formalaşmasını və bu təbəqənin hüquqlarının müdafiəsini nəzərdə tutan proqramlarla çıxış edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR