Bank Of Baku

ATƏT Xarici İşlər Nazirləri Şurası Avropada təhlükəsizlik və stabilliyə dair bəyanat və qərarlar qəbul edəcək

ATƏT Xarici İşlər Nazirləri Şurası Avropada təhlükəsizlik və stabilliyə dair bəyanat və qərarlar qəbul edəcək
# 22 noyabr 2007 12:33 (UTC +04:00)
ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının noyabrın 29-30-da keçiriləcək illik konfransında terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq, diskriminasiya, dözümsüzlüklə bağlı bir sıra bəyanat və qərarların qəbul olunacağı gözlənilir. APA-nın məlumatına görə, iclasda Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrlik etmək təklifinə də münasibət bildiriləcək. Bundan başqa konfransda sədrlik 6 ay müddətinə İspaniyadan Finlandiyaya keçəcək. Qeyd edək ki, konfransda xarici işlər naziri Elmar Məmmədyarovun da iştirakı gözlənilir. Nazir edəcək, tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcək, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR