Bank Of Baku

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilən cinayət faktları və yeni ərazi iddiaları” mövzusunda seminar-müşavirə keçirilib

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilən cinayət faktları və yeni ərazi iddiaları” mövzusunda seminar-müşavirə keçirilib
# 22 noyabr 2007 13:00 (UTC +04:00)
Bu gün Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Gənclər və İdman Nazirliyinin Binəqədi rayon şöbəsi ilə birlikdə “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilən cinayət faktları və yeni ərazi iddiaları” mövzusunda seminar-müşavirə keçirib. APA-nın məlumatına görə, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, Ermənistan əsir və girov götürülən Azərbaycan vətəndaşlarına qarşı insanlığa xas olmayan hərəkətlər edir, beynəlxalq hüquq normalarını pozaraq hərbi əsirlərə və girov götürülən mülki şəxslərə ağır işgəncələr verir. O, ermənilərin əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını alçaldıcı hərəkətlərə də məcbur etdiklərini deyib: “Ermənilər əsirləri azərbaycanlıların qəbirlərini sökməyə məcbur ediblər”. F. Sadıqov dövlət komissiyasının əsir, itkin və girov götürülənlərin aşkarlanması istiqamətində müvafiq işlər gördüyünü də söyləyib: “783 Azərbaycan vətəndaşının erməni əsirliyində olduğu müəyyənləşib. Onların bir qisminin öldüyü bəlli olub və basdırıldıqları yerlər də aşkarlanıb. Ermənilər isə bütün bu faktları inkar edir”. İşçi qrupunun rəhbəri ümumən 4471 Azərbaycan vətəndaşının ermənilər tərəfindən əsir və girov götürüldüyünü deyib.
Tədbirdə iştirak edən respublika hərbi prokurorunun müavini İlham Məmmədov Dağlıq Qarabağda cinayət törədən ermənilərin axtarışı istiqamətində bəzi tədbirlərin həyata keçirildiyini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyev ermənilərin Azərbaycan torpaqlarına əsassız iddiası haqqında danışıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov isə erməniləri Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin miqyasının böyük olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR