Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Nurçularla əlaqəli olmağım barədə yayılan məlumatlar həqiqətəuyğun deyil”

Fazil Qəzənfəroğlu: “Nurçularla əlaqəli olmağım barədə yayılan məlumatlar həqiqətəuyğun deyil”
# 22 noyabr 2007 13:05 (UTC +04:00)
“Radikal dini təriqətlərə qarşı saqqal qırxmaq və bu kimi digər üsullarla mübarizə aparmaqla problemi həll etmək olmaz. Bu problemin həlli yalnız intellektual vasitələr olmalıdır”. APA-ının məlumatına görə, bunu Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu bildirib. Onu sözlərinə görə, son vaxtlar Azərbaycan dini təriqətlərin poliqonuna çevrilir və ona görə də haqlı olaraq həyəcan təbili çalınır. Özünün nurçularla əlaqəli olması barədə mətbuatda yayılan məlumatlara gəldikdə, partiya sədri bunun həqiqətəuyğun olmadığını vurğulayıb: “Mənimlə bağlı bu kimi məlumatlar yaymaq siyasi məqsəd daşıyır və bilgisizlikdən irəli gələn məsələdir. Çünki mən İslamda təriqətlərin mənfi tərəfləri ilə bağlı elmi iş müdafiə etmiş yeganə şəxsəm. Təriqətlərin yayılması İslamdan uzaqlaşmağa səbəb olur. İstər İrandan gələn radikal şiə cərəyanları, istər Ərəbistandan, istərsə də Türkiyədən gələn cərəyanlar Azərbaycanın ziyanınadır. Belə halda mənim hansısa təriqətlə bağlı olmağımla bağlı deyilənlər düz deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR