Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyi DAK daxilindəki vəziyyətdən narahatdır

Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyi DAK daxilindəki vəziyyətdən narahatdır
# 22 noyabr 2007 16:23 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi DAK sədri Qulamrza Səbri Təbriziyə, qurumun İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinə müraciət edib. Nümayəndəlikdən APA-ya daxil olan müraciətdə son vaxtlar DAK daxilində əmələ gələn bəzi narazılıqların insanlarda narahatlıq yaratdığı bildirilir: “Bu olayları Azərbaycan diasporuna hörmətsizlik, milli birliyin və həmrəyliyin əleyhinə yönəlmiş hərəkət kimi qiymətləndiririk”. Nümayəndəlik hər kəsi qurumun Nizamnaməsi çərçivəsində fəaliyyət göstərməyə, xalqın etimadını qazanaraq qurultayda seçilən şəxslərə hörmətlə yanaşmağa, təşkilatın adına xələl gətirən hərəkətlərə yol verməməyə, türk dünyasının bütövlüyü uğrunda mübarizədə milli birliyə və həmrəyliyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR