Bank Of Baku

“Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunub

“Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunub
# 23 noyabr 2007 07:57 (UTC +04:00)
Dünən “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunub. APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Ziyafətdə nitq söyləyən dövlət başçısı Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyasının öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürdüyünü bildirib. Partiyanın şərəfli yol keçdiyini bildirən prezident İlham Əliyev YAP-ın ölkədə 1995, 2000 və 2005-ci illərdə keçirilən parlament seçkilərində qalib gəlməsini buna misal çəkib: “Yeni Azərbaycan Partiyası bu gün bölgənin aparıcı siyasi qüvvəsidir. Bizim həm beynəlxalq əlaqələrimiz möhkəmlənir, həm də Yeni Azərbaycan Partiyası ölkədaxili proseslərə çox böyük dərəcədə təsir edir. Bizim sıralarımızda 400 mindən artıq üzv var. Bu, böyük siyasi qüvvədir. Bizim nümayəndələrimiz bütün sahələrdə fəal iştirak edir, bütün sahələrin inkişafında fəal çalışırlar”. Ölkədə keçirilən son prezident seçkilərində YAP-a sədrlik edən şəxslərin ölkə prezidenti seçilməsini obyektiv amil kimi dəyərləndirən dövlət başçısı bunu YAP-ın xalq siyasəti yürütməsi ilə əlaqələndirib: “Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq. Siyasət ilk növbədə, praktik işlərdir. Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR