Bank Of Baku

Azərbaycan prezidenti: “Müxalifət liderləri öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verir, bir-biri ilə görüşür, savaşırlar”

Azərbaycan prezidenti: “Müxalifət liderləri öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verir, bir-biri ilə görüşür, savaşırlar”
# 23 noyabr 2007 08:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının 15 illiyi münasibətilə “Gülüstan” sarayında verilən ziyafətdə çıxış edən prezident İlham Əliyev söyləyib. O, Azərbaycan xalqının bu kimi qüvvələrə çoxdan “yox!” dediyini bildirib: “Onlar sadəcə olaraq, öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verir, bir-biri ilə görüşür, bir-biri ilə savaşırlar. Ancaq Azərbaycanın siyasi səhnəsində artıq o ənənəvi müxalifətin yeri yoxdur. Bir də ki, hər bir siyasi qüvvə üçün, fəaliyyət göstərmək üçün gərək siyasi meydan olsun. Müxalifətin siyasi meydanı daralıb. Nəyin hesabına? Bizim işlərimizin hesabına, bizim apardığımız siyasətin hesabına. Haraya baxsan, Azərbaycanın inkişafında istənilən məsələyə baxsaq, bütün sahələrdə bizim uğurlarımız göz qabağındadır”. Dövlət başçısı yerlərdə YAP fəallarının yerli icra orqanları ilə sıx əməkdaşlığının davam etdirilməli olduğunu bildirib: “Bütün yerli icra hakimiyyəti başçılarını o vəzifəyə prezident təyin edir və prezident, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədridir. Təbiidir ki, Yeni Azərbaycan Partiyası və yerli icra orqanlarının nümayəndələri birlikdə olmalı, bir-birinə kömək etməli və birlikdə çalışmalıdır. Mən bilirəm, bəzi hallarda müəyyən qısqanclıq olur, müəyyən ziddiyyətlər yaranır. Mən buna imkan verə bilmərəm. Harada belə hadisə olarsa, hər ikisi cəzalandırılacaq. Biz imkan verə bilmərik ki, bizim iqtidar nümayəndələri hansısa bir xırda məsələdə problemlər yaratsınlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR