Bank Of Baku

KXCP-nin təşəbbüsü ilə müxalifət partiyalarının birgə toplantısı noyabrın 29-da keçiriləcək

KXCP-nin təşəbbüsü ilə müxalifət partiyalarının birgə toplantısı noyabrın 29-da keçiriləcək
# 23 noyabr 2007 08:30 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan partiyaların birgə toplantısı noyabrın 29-da keçiriləcək. KXCP-dən verilən məlumata görə, ötən toplantıya qatılan KXCP, Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Sosial Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Ümid partiyaları, Azərbaycan Yolu Siyasi Hərəkatı və “Bizim Azərbaycan” Bloku müzakirələrin daha geniş formatda davam etdirilməsi barədə razılığa gəliblər. KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, məsələnin əsas məqamları noyabrın 26-da işçi qrupun toplantısında müzakirə ediləcək. O, bu formatda keçirilən toplantılarda müsbət nəticənin əldə ediləcəyinə ümid etdiyini də qeyd edib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə APA-ya açıqlamasında bu kimi toplantıların seçkiyə hər hansı bir təsirinin olmayacağı qənaətində olduğunu söyləyib: “Dəvət edilən yerə getməmək düzgün deyil. Əgər bu kimi toplantıların seçkiyə təsiri olsaydı, bu gün Azərbaycanda başqa cür ab-hava olardı. Bu toplantılarda blokun yaradılması ilə bağlı hansısa təklif səslənərsə, biz bundan imtina edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR