Bank Of Baku

Allahşükür Paşazadə İran parlamentinin spikerini qəbul edib

Allahşükür Paşazadə İran parlamentinin spikerini qəbul edib
# 23 noyabr 2007 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, qonağı salamlayan Şeyx İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. İranın Azərbaycan dindarlarına da münasibəti təqdirəlayiqdir”. A. Paşazadə SSRİ dövründə ateizmin rəsmi dövlət siyasəti olduğunu, sovet rejiminin bütün dinlərə, xüsusən İslama qarşı olduğunu xatırladıb: “O zaman Azərbaycanda 18 məscid vardı, bu gün minlərlə məscid fəaliyyət göstərir. Azərbaycanın hər bir kəndində məscid var. Sovet vaxtı Bibiheybət məscidini partlatmışdılar, heydər Əliyev hakimiyyətə gələndən sonra onu bərpa etdi”.
Səmimi qəbula görə təşəkkürünü bildirən İran parlamentinin spikeri Azərbaycana ikinci dəfədir səfər etdiyini söyləyib: “Siz də İrana gələnə özünüzü öz evinizdəki kimi hiss edirsiniz”. Q. H. Adel iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən razı qaldığını vurğulayıb. Sonda tərəflər bir-birinə hədiyyələr bağışlayıblar.
Qeyd edək ki, Azərbaycana Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə gələn İran İslam Şurası Məclisinin sədri artıq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, O. Əsədov və prezident İlham Əliyevlə görüşüb. İki günlük səfər çərçivəsində Q. H. Adel Bakı Dövlət Universitetində və Əlyazmalar İnstitutunda olacaq, Gəncəyə səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR