Bank Of Baku

AMİP və İsveçin Moderant Partiyasının təşəbbüsü ilə keçirilən beynəlxalq forumda millət vəkili ilə partiya sədri arasında qalmaqal düşüb

AMİP və İsveçin Moderant Partiyasının təşəbbüsü ilə keçirilən beynəlxalq forumda millət vəkili ilə partiya sədri arasında qalmaqal düşüb
# 23 noyabr 2007 12:04 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və İsveçin Moderant Partiyasının təşəbbüsü ilə bu gün “Azərbaycanda sağ mərkəzçi partiyalar seçim qarşısında: 2008-ci il prezident seçkiləri koalisiya yolunda dönüş nöqtəsi ola bilərmi?” mövzusunda beynəlxalq forum keçirilib. APA-nın məlumatına görə, forumda AMİP lideri Etibar Məmmədov və Moderant Partiyasından olan millət vəkili, İsveçin Osterland Qraflığı Şurasının komissarı Kristian Kurstavson giriş nitqi ilə çıxış ediblər. AMİP Mərkəzi Şurasının sədri Fuad Muxtarov partiyanın yerli təşkilatlarının müxalifətin növbəti prezident seçkilərində əməkdaşlıq etməsi ilə bağlı təkliflər irəli sürdüyünü bildirib: “15-16 il ayrı-ayrılıqda aparılan mübarizəni bu seçkilərdə cəmləşdirək və seçkilərdə mobil qüvvə kimi çıxış edək”. Kristian Kurstavson və Vestelmand Qraflığı Şurasının siyasi müşaviri Asa Koyenrads məruzələrində İsveçdə müxalifət partiyalarının vahid mövqedən çıxış etməsi və nəhayət, hakimiyyətə gəlməsi mərhələləri ilə bağlı məlumat veriblər. Onların sözlərinə görə, Moderant Partiyası mövcud olduğu 86 il ərzində əsasən müxalifətdə olub, 2006-cı ilin parlament seçkilərində isə 4 müxalifət partiyası ilə alyans yaradaraq hakimiyyətə gəlməyə nail ola bilib. Millət vəkili Pənah Hüseyn bunun Azərbaycan müxalifətinin də arzuladığı model olduğunu deyib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Azərbaycanda müxalifətin birliyinə siyasi ambisiyaların mane olduğunu bildirib. ALP-nin sədr əvəzi Əvəz Temirxan çıxışında Müsavat və ADP-nin son seçkilər və ondan sonrakı mərhələdəki mövqeyini ciddi tənqid edib. Millət vəkili Fazil Qəzənfəroğlu isə Ə. Temirxanın çıxışını dinlədikdən sonra ona dəlixanaya müraciət etməyi məsləhət görüb. Ə. Temirxan da ona analoji qaydada cavab verib. ACP sədri Akif Şahbazov əksər müxalifət qüvvələrinin bu gün birləşmək marağı olmadığını deyib.
Forum günün sonuna kimi davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR