Bank Of Baku

Hacı Sabir Həsənli: “Azərbaycanda yüzlərlə gənc, yüzlərlə ailə vəhhabiliyin, protestantlığın təsiri altındadır”

Hacı Sabir Həsənli: “Azərbaycanda yüzlərlə gənc, yüzlərlə ailə vəhhabiliyin, protestantlığın təsiri altındadır”
# 23 noyabr 2007 12:51 (UTC +04:00)
Təəssüf ki, onların orduya da ayaq açması barədə məlumatlar yayıldı. Uzun saqqal saxlayan, qısa şalvar geyinən insanlar, yəni vəhhabilərin də ölkəmizə axını o vaxtdan başlayıb. Mən hələ o vaxt deyirdim ki, bunun Azərbaycan üçün nəticəsi pis olacaq”. APA-nın xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, professor Hacı Sabiq Həsənli deyib. Mətbuat Şurasının təşkilatçılığı ilə “Din və mətbuat” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Hacı Sabir bildirib ki, Avropadan olan missioner qruplarının da Azərbaycana gəlişi həmin dövrə təsadüf edir: “O zaman bu cür qruplar Bakının ayrı-ayrı yerlərində özlərinə ofislər icarəyə götürmüşdü. Hətta bir qrup icarə əsasında Mahnı Teatrında yerləşirdi. Belə qruplar o zamanlar yarı-rəsmi, ya da icazəli fəaliyyət göstərirdi. Şübhəsiz ki, bütün bunlar müəyyən bir nəticəyə gətirib çıxaracaqdı”. Azərbaycanda vəhhabiliyin yayılması barədə mətbuatda dərc olunan məqalələrə münasibət bildirən QMİ-nin sədr müavini deyib ki, vəhhabiliyi təriqət kimi təqdim etmək düzgün deyil: “Vəhhabilik təriqət deyil, siyasi cərəyandır. Bu təriqət yarandığı gündən siyasi hədəfləri olub. Əgər bu gün də Azərbaycanda vəhhabilik mövcuddursa, deməli ortada siyasi hədəf var. Hər bir vəhhabi gəncin söhbətlərindən görünür ki, hədəf siyasi hakimiyyətə gəlməkdir”.
Azərbaycanda missioner təşkilatların, qrupların qeydə alınması məsələsindən danışan dinşünas alim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunub. Hacı Sabir deyib ki, komitə fəaliyyət göstərdiyi müddət ərzində çox şeyə nail ola bilərdi: “Azərbaycan dövlətinə xələl gətirən qurumları qeydə almaq lazım deyildi. Ola bilsin ki, beynəlxalq qurumlar həmin təşkilatları qeydə almaq üçün təzyiqlər göstərib, amma buna görə həmin təşkilatları qeydə almaq olmaz”. Azərbaycanda yüzlərlə gəncin, yüzlərlə ailənin vəhhabiliyin, protestantlığın təsiri altında olduğunu qeyd edən Hacı Sabir ordunun da protestantların təsiri altına düşməsi barədə məlumatlara münasibət bildirərkən, deyib ki, bunun ən qorxulu cəhətlərindən biri onların ələ silah götürməyi özlərinə günah bilmələridir.
Hacı Sabir onu da deyib ki, on il əvvəlki dövrlə müqayisədə, Azərbaycanda missionerlik sahəsindəki fəaliyyət o qədər də qorxulu deyil. O bildirib ki, bu sahədə 10 il əvvəlki qədər aktivlik müşahidə olunmur. QMİ-nin sədr müavini qeyd edib ki, missioner təşkilatlarına, vəhhabiliyə qarşı mübarizədə həbslər, təzyiqlər yetərli deyil, bu sahədə təbliğat işini gücləndirmək lazımdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR