Bank Of Baku

Sabah Ədalət Partiyasının IV qurultayı keçiriləcək

Sabah Ədalət Partiyasının IV qurultayı keçiriləcək
# 23 noyabr 2007 13:20 (UTC +04:00)
Sabah Ədalət Partiyasının IV qurultayı keçiriləcək. APA-nın məlumatına görə, partiya sədri İlyas İsmayılov qurultayda partiyanın fəaliyyətinə qiymət veriləcəyini, rəhbər orqanlara seçkilər keçiriləcəyini bildirib. Gündəlikdə ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. İ. İsmayılov partiyanın sədrliyinə yenidən namizədliyini irəli sürəcəyini bildirib. Özündən başqa sədrliyə namizədin olub-olmayacağına gəldikdə İ. İsmayılov bildirib ki, partiya üzvləri onun yenidən sədr olmasını arzulayırlar: “Amma partiyada sədr ola biləcək kifayət qədər insan var. Siyasi Şuranın bütün üzvlərini sədrliyə layiq hesab edirəm”. Qurultayda 2008-ci il prezident seçkiləri ilə bağlı qərarın qəbul edilməsi ilə bağlı müzakirə aparılmayacağını qeyd edən İ. İsmayılov bunu seçkiyə hələ kifayət qədər vaxt qalması ilə izah edib.
Ədalət Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən isə APA-ya bildirilib ki, sədrliyə İ. İsmayılovdan başqa sədr müavini Elxan Şükürlünün də namizədliyi irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR