Bank Of Baku

İlyas İsmayılov: “Seçki Məcəlləsi ilə bağlı yersiz ajiotaj yaradırlar”

İlyas İsmayılov: “Seçki Məcəlləsi ilə bağlı yersiz ajiotaj yaradırlar”
# 23 noyabr 2007 13:33 (UTC +04:00)
“Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Seçki Məcəlləsi ilə bağlı yersiz ajiotaj yaradırlar. Əsas məsələ məcəlləni dəyişmək yox, seçkiləri demokratik keçirmək istəyidir”. APA-nın məlumatına görə, bunu Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov deyib. Partiya sədri mövcud seçki qanunvericiliyi ilə demokratik seçkilər keçirməyin mümkün olduğunu vurğulayıb. Onun fikrincə, belə bir istək olmadıqda hansı dəyişikliklərin edilməsindən asılı olmayaraq ədalətli seçki keçirilə bilməz. Ötən seçkilərdən fərqli olaraq növbəti seçkilər ərəfəsində rəhbərlik etdiyi partiyanın bloklaşma prosesinə qatılmamasının səbəblərinə gəldikdə, İ. İsmayılov Azərbaycandakı bütün partiyaları özünə yaxın hesab etdiyini söyləyib: “Mənim heç kimlə problemim yoxdur. Biz vaxtilə bloklarda idik. Gördük ki, bəzi partiyalar məqsəd və vasitələrə bəraət qazandırmaq prinsipi ilə fəaliyyət göstərirlər. Ona görə də kənara çəkildik. Biz həmişə siyasi fəaliyyətdə əxlaq normalarına riayət edilməsinin tərəfdarıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR