Bank Of Baku

Etibar Məmmədov: “AMİP-in prezident seçkilərinə qatılması məndən yox, partiyanın özündən asılıdır”

Etibar Məmmədov: “AMİP-in prezident seçkilərinə qatılması məndən yox, partiyanın özündən asılıdır”
# 23 noyabr 2007 13:55 (UTC +04:00)
“Növbəti prezident seçkilərində iştirak edib-etməmək qərarını hər partiya özü müəyyənləşdirəcək. AMİP-in də seçkiyə qatılması məndən yox, partiyanın özündən asılıdır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov söyləyib. Növbəti prezident seçkilərində iştirakla bağlı hər hansı qərarının olmadığını bildirən E. Məmmədov bunun AMİP-in tutacağı mövqedən asılı olduğunu vurğulayıb. Seçkilər ərəfəsində müxalifət liderlərinin yeni formatının yaradılmasının nə qədər mümkünlüyünə gəldikdə, E. Məmmədovun fikrincə, seçkilərdə hər hansı bir qüvvə ayrılıqda da böyük müqavimət qüvvəsi təşkil edərək nailiyyət qazana bilər. Müxalifət partiyalarının nəticəsiz fəaliyyətinə münasibət bildirən E. Məmmədov partiyaların cəmiyyətin bir hissəsi olduğunu bildirib: “Cəmiyyət necədirsə, partiyalar da o vəziyyətdədir”. AMİP lideri iqtidarla dialoqun həmişə vacib olduğunu və mövcud problemlərin dialoq yolu ilə həllinin mümkün olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR