Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının əvvəlki seçkilərlə müqayisədə bir sıra fərqli addımları olacaq”

Arif Hacılı: “Müsavat Partiyasının əvvəlki seçkilərlə müqayisədə bir sıra fərqli addımları olacaq”
# 23 noyabr 2007 14:26 (UTC +04:00)
“Prezident seçkiləri ərəfəsində Müsavat Partiyasının əvvəlki seçkilərlə müqayisədə bir sıra fərqli addımları olacaq. Amma bunu birmənalı şəkildə seçki taktikasının dəyişdirilməsi kimi dəyərləndirmək olmaz”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, indiyədək keçirilmiş bütün seçkilərdən əvvəl vahid namizədin müəyyənləşməsi, siyasi partiyaların blok şəklində seçkidə iştirakı əsas mövzu olub: “Bir çox hallarda bunların heç biri mümkün olmayıb. Bu da təbii ki, cəmiyyətdə məyusluq yaradıb. Ona görə də bu dəfə biz vahid namizəd konsepsiyası yox, vahid narazı elektorat konsepsiyasını irəli sürmüşük. Hesab edirik ki, müxalifətdən çoxsaylı namizədlər olsa belə, narazı elektoratın müxalifətin ən şanslı namizədinin ətrafında birləşməsinə nail olmaq mümkündür. Bu elektoratın bir araya gətirilməsi bizim siyasətimizdə başlıca vəzifəsi olmalıdır”. Seçki Məcəlləsinin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq Müsavatın seçkilərlə bağlı mövqeyinin necə olacağına gəldikdə, A. Hacılı buna indidən birmənalı cavab verməyi düzgün saymayıb: “Bununla belə, biz hər hansı şərt irəli sürmədən seçkidə iştirak qərarı vermişik. Hesab edirik ki, istər seçki qanunvericiliyinin, istərsə də seçkiqabağı vəziyyətin dəyişməsi üçün seçki prosesində iştirak etmək daha səmərəli nəticə verir, nəinki prosesdən kənarda qalmaq. Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsinin şərt kimi qoyulması düzgün deyil. Seçkinin demokratik keçirilməsi üçün bir sıra şərtlər vacibdir. Bura sərbəst torlaşmaq, mətbuat, seçkiqabağı vəziyyət və digər məsələlər daxildir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR